7 bankda faiz dərəcələri dəyişib, birində 5 növ kreditləşmə dayandırılıb - ARAŞDIRMA

  • 5 Noyabr, 2018 12:15
7 bankda faiz dərəcələri dəyişib, birində 5 növ kreditləşmə dayandırılıb - ARAŞDIRMA

Bu ilin oktyabr ayında 7 bankda istehlak və biznes kreditləri üzrə faiz dərəcələrinə yenidən baxılıb, 1 maliyyə qurumu 5 növ üzrə kreditləşməni dayandırıb, ikisində isə yeni növ kreditləşmələrə start verilib.

“Finans.az”ın apardığı araşdırmaya görə "Amrahbank"da mikro kreditlər üzrə dərəcələr 25-28%-dən 22-28%-ə, kiçik və orta biznes üzrə dərəcələr 20-24%-dən 18-22%-ə, "Kapital Bank"da nağd kreditlər üzrə - 29,84%-dən 26%-ə, "Rabitəbank"da lombard kreditləri üzrə - 30%-dən 29-30%-ə, "Turanbank"da kiçik və orta biznes kreditləri üzrə - 22%-dən 20%-ə dəyişib. "Xalq Bank"da təhsil kredtiləri üzrə faiz dərəcələrinin minimum həddi 22%-dən 18%-ə salınıb.

"Bank Avrasiya" 27% dərəcəsi ilə Lombard, 20%-dən başlayan dərəcələrlə biznes kreditləşməsinin həyata keçirilməsinə start verib. Bu arada "Bank Nikoil" bir tərəfdən 16%-dən başlayan dərəcələrlə daxili ipoteka kreditləşməsinə start verib, digər tərəfdən isə biznes kreditlər üzrə dərəcələri 20%-dən 16%-ə endirib.

"AGBank" isə hesabat ayında Təmir, Lombard, İpoteka, Təhsil və Təqaüd kreditləşməsini dayandırıb. İstehlak kreditlərindən yeganə qalan nağd kreditlər üzrə dərəcələr isə 15-17%-dən 29%-ə kimi artırılıb.

Qeyd edək ki, hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi "AFB Bank"da, ən yüksək – bir sıra bankda eyni səviyyədədir.

Avtomobil kreditləri - NBC Bank Xalq Bank

Təmir kreditləri - AtaBank Xalq Bank, Accessbank

Lombard kreditləri – AmrahBank Mugan Bank

İpoteka Kreditləri – Bank Nikoil Accessbank

Təhsil kreditləri– Xalq Bank Bank Respublika, Turanbank

Təqaüd kreditləri – Turanbank Azərbaycan Beynəlxalq Bankı

Mikro kreditlər - Bank Respublika Bank of Baku

Kiçik və orta biznes kreditləri - AG Bank AFB Bank

Agro kreditlər - Naxcivanbank Bank of Baku

Aşağıdakı İnfoqrafikalarda Azərbaycanda fəaliyyət göstərən bankların istehlak və biznes kreditləri üzrə təqdim etdikləri faiz dərəcələri göstərilib.


7 bankda faiz dərəcələri dəyişib, birində 5 növ kreditləşmə dayandırıb - ARAŞDIRMA

7 bankda faiz dərəcələri dəyişib, birində 5 növ kreditləşmə dayandırıb - ARAŞDIRMA