7 ayda istehsal etdiyimiz pendir və kəsmiyin həcmi açıqlandı

  • 20 Avqust, 2019 12:10
7 ayda istehsal etdiyimiz pendir və kəsmiyin həcmi açıqlandı

Bu ilin 7 ayında ölkədə pendir və kəsmik istehsalı 29 766,2 ton təşkil edib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə istehsal 2,0% çoxalıb.

Hesabat dövründə üzlü süd istehsalı 551,5 min ton, qaymaq və xama istehsalı 3 342,1 ton olub. Bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 2,8% və 20,5% artım müşahidə olunub.