6 ay ərzində 18 milyard manatı nələrə xərcləmişik? - SİYAHI

  • 12 İyul, 2019 10:58
6 ay ərzində 18 milyard manatı nələrə xərcləmişik? - SİYAHI

2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8% üstələyərək 18 milyard manata bərabər olub.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 8944,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9033,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5% və 3,1% artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olub:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2018-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi17 977,9102,8
o cümlədən:
ərzaq məhsulları8074,5 102,6
içkilər və tütün məmulatları 870,4100,9
toxuculuq məhsulları, geyim və ayaqqabılar3 236,5103,0
elektrik malları və mebellər1 063,1102,9
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları139,7104,3
əczaçılıq və tibbi mallar236,7104,5
avtomobil yanacağı990,0101,8
digər qeyri-ərzaq məhsulları3 367,0103,4

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%i əczaçılıq və tibbi malların, 0,8%i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 20%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 31%-i isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8%, fərdi sahibkarlar üzrə 0,% artmış, bazar və yarmarkalarda isə 5,3% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb