6,3 milyard dollarlıq nəhəng layihə bu gün işə düşür

  • 19 Oktyabr, 2018 10:36
6,3 milyard dollarlıq nəhəng layihə bu gün işə düşür

Bu gün Türkiyədə 6,3 milyard dollarlıq nəhəng layihə olan STAR zavodu işə düşəcək.

"Finans.az" türk mətbuatına istinadən xəbər verir ki, SOCAR-ın iştirakı ilə fəaliyyətə başlayacaq olan "STAR Rafineri" iki ölkə arasında iqtisadi münasibətləri genişləndirəcək və Türkiyənin emal edilmiş neft məhsulu ehtiyacının 25%-ni qarşılayacaq.

İldə 10 milyon ton xam neft emal etmək imkanına malik olan "STAR Rafineri" ildə 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta istehsal edəcək, həmçinin təyyarə yanacağı və LPG kimi neft məhsulları da istehsal olunacaq. STAR zavodunun Türkiyənin neft məhsullarının idxalını azaldaraq, xarici ticarət balansındakı cari kəsirini 1,5 mlrd. dollar azaldacağı proqnozlaşdırılır.