5G infrastrukturu sahəsindəki xərclər 2020-ci ildə təxminən 2 dəfə artacaq - PROQNOZ

  • 22 Avqust, 2019 14:12
5G infrastrukturu sahəsindəki xərclər 2020-ci ildə təxminən 2 dəfə artacaq - PROQNOZ

Cari ildə 5-ci nəsil mobil rabitə (5G) infrastrukturu sahəsində qlobal xərclər 2,2 milyard ABŞ dolları olacaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, "Gartner" şirkətinin proqnozuna əsasən gələn il xərclər 89% artaraq 4,2 milyard dollara çatacaq.

Qeyd edilir ki, 5G seqmentində gözlənilən xərclər 2021-ci ildə əvvəlki illə müqayisədə 62% artaraq 6,8 milyard dollar olacaq.