5 qəsəbədə su kəsiləcək

  • 6 Mart, 2020 13:09
5 qəsəbədə su kəsiləcək

Magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Müşviqabad, 28 May, Nübar, Sulutəpə və Biləcəri qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Finans.az” xəbər verir ki, bu barədə “Azərsu”ASC məlumat yayıb.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.