47 tikinti şirkəti cərimələnib

  • 28 Yanvar, 2020 11:52
47 tikinti şirkəti cərimələnib

"Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 171 səyyar monitorinq keçirilib".

"Finans.az" xəbər verir ki, bunu agentlik sədri Ülvi Mehdiyev ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, monitorinqlərin 67-si 2019-cu ildə həyata keçirilib: "Sənədləri yoxlanılan işçilərin sayı 6666 olub ki, onlardan da 2661-i 2019-cu ilin payına düşür. Eyni zamanda monitorinq edilmiş işəgötürənlərin sayı isə 318 olub. Onlardan da 116-sı ötən il yoxlanılıb".

Ü.Mehdiyev bildirib ki, ümumilikdə monitorinq edilmiş tikinti obyektlərinin sayı 526 olub: "Tikinti sahəsində aparılan monitorinq nəticəsində 43 qayda pozuntusu aşkarlanıb. Bu səbəbdən 47 şirkət 454 000 manat məbləğində cərimələnib".


Mənbə: report.az