345 sahibkara investisiyaların təşviqi sənədi verilib

  • 10 Oktyabr, 2019 14:36
345 sahibkara investisiyaların təşviqi sənədi verilib

Azərbaycan İqtisadiyyat Nazirliyi bu günədək 345 sahibkarlıq subyektinə investisiyaların təşviqi sənədi verib.

"Finans.az" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı” konfransında deyib.

Onun sözlərinə görə, sənədlər 407 investisiya layihəsi üzrə verilib. Bu layihələrə qoyulan investisiyaların ümumi həcmi 3,9 milyard manat məbləğində dəyərləndirilir.

Nazir müavini əlavə edib ki, bu layihələrin reallaşdırılması 27 mindən çox iş yeri açmağa imkan verəcək. Qeyd olunan investisiya layihələrindən bu gün 245 müəssisədə iş aparılır. Bu layihələrə investisiyalar 2,5 milyard manat təşkil edib.


Mənbə: az.trend.az