3371 vakant iş yeri təqdim edildi

  • 2 İyul, 2019 15:49
3371 vakant iş yeri təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin ötən dövründə 10 rayonda əmək yarmarkası təşkil edib.

"Finans.az" nazirliyə istinadən xəbər verir ki, may ayında başlanan yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara dövlət və özəl müəssisələrdən 3371 vakant iş yeri təqdim edilib.

Əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin isə peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. İştirakçıların hər birinə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən digər aktiv məşğulluq tədbirləri haqqında məlumatlar verilib.

Qarşıdakı dövrdə də yarmarkaların keçirilməsi prosesi davam edəcək. Ümumilikdə cari il ərzində ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulur.