3 xarici şirkət Azərbaycanda nümayəndəlik açıb

  • 19 Sentyabr, 2018 09:36
3 xarici şirkət Azərbaycanda nümayəndəlik açıb

3 xarici şirkətin Azərbaycanda filialı və nümayəndəliyi yaradılıb.

“Finans.az” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bu şirkətlər “Triolab Bilişim Makine İç ve Dış Ticaret Limited”, “Glecoe Partners Ltd” və “Farbo Management Limited” şirkətləridir.

Qeyd edək ki, adları çəkilən xarici şirkətlər müvafiq olaraq Türkiyə, Gürcüstan və Madaqaskar Demokratik Respublikası vətəndaşlarına aiddir. Şirkətlər bu ilin iyul və avqust aylarında dövlət qeydiyyatına alınıb.