3 ayda əhali mobil rabitəyə 202 mln. manat xərcləyib

  • 17 Aprel, 2019 18:55
3 ayda əhali mobil rabitəyə 202 mln. manat xərcləyib

Cari ilin yanvar-mart aylarında informasiya və rabitə müəssisələri 463,5 milyon manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, keçən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,6% artıb, bu sahədə əldə edilən gəlirin 82,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 43,6%-i və ya 201,9 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.