2018-ci ildə oyun noutbukları bazarının lideri açıqlandı

  • 11 Yanvar, 2019 13:57
2018-ci ildə oyun noutbukları bazarının lideri açıqlandı

Ötən il ərzində Micro-Star İnternational (MSI) şirkəti bazarı 1,2 milyon ədəd oyun noutkukları ilə təchiz edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da şirkət həm kəmiyyət həmdə dəyər baxımından ən böyük təchizatçı oldu. “ASUSTeK Computer” şirkəti ikinci yerdə qərarlaşıb.

Qeyd olunur ki, geymerlər üçün nutbuklar bazarı ötən il 10% artsa da bu rəqəm optimizm yaratmır. Belə ki, əvvəlki illərdə artım illik olaraq 20-30% təşkil edib.

Expertlər 2019-cu ildə də bu seqmentdə artım tempinin aşağı düşəcəyini gözləyirlər.