2 rayonun bəzi yerlərində qaz olmayacaq

  • 8 Avqust, 2019 10:29
2 rayonun bəzi yerlərində qaz olmayacaq

Bu gün səhər saat 09.00-dan etibarən İsmayıllı və Göyçay rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.

Bu barədə “Finans.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata əsasən, təchizatda dayandırmalar Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz xəttində aparılan bəzi təmir işləri ilə bağlıdır.