2 həftə ərzində bəzi ərazilərdə fasiləli olaraq işıqlar sönəcək - SƏBƏB

  • 10 Dekabr, 2019 14:01
2 həftə ərzində bəzi ərazilərdə fasiləli olaraq işıqlar sönəcək - SƏBƏB

İki həftə ərzində bəzi ərazilərdə enerji təchizatında növbəli olaraq qısa müddətli fasilələr yaranacaq.

"Finans.az" xəbər verir ki, bunu "Azərişıq" ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev söyləyib. Onun sözlərinə görə, buna səbəb aparılan yenidən qurma işləridir:

“Aparılan yenidən qurma işləri ilə əlaqədar ölkənin bəzi regionlarında enerjinin verilməsində fasilələr yaranacaq. İşlərin bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatı tam təmin olunması üçün Yeni ilə qədər bitməsi planlaşdırılıb”.