2 aya 3 milyon “Redmi Note 7” satılıb

  • 20 Mart, 2019 12:11
2 aya 3 milyon “Redmi Note 7” satılıb

“Xiaomi” şirkəti iki ay ərzində 3 milyon ədəd “Redmi Note 7” smartfonu satıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin proqnozuna əsasən bu ayın sonuna kimi satışların 4 milyona çatacağı gözlənilir.

Qeyd olunur ki, 12 fevralda təqdim olunandan sonra ilk ayda 1 milyon ədəd “Redmi Note 7” satılıb. Nəzərə almaq lazımdır ki, satışlar yalnız Çin bazarında olub. Hazırda model yalnız Asiyada və bir sıra Avropa ölkələrində satılır.