"AccessBank"a yeni səhmdarlar gəldi - Kapitalını 118,5 milyon manat artırdı

  • 14 Mart, 2019 10:36

"AccessBank" nizamnamə kapitalını 118,5 milyon manat artırıb.

"Finans.az" xəbər verir ki, yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF var.

Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir:

- Asiya İnkişaf Bankı - 19.90%;

- Avropa İnvestisiya Bankı - 17.39%;

- Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;

- responsAbility tərəfindən odarə edilən investisiya fondları:

- responsAbility SICAV (Lux) - 2.91%

- responsAbility Management Company S.A. - 7.11%

- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;

- Avstriya İnkişaf Bankı - 9.17%;

- SIFEM AG - 8.89%;

- EFSE - 2.78%

- Symbiotics SICAV (Lux.) - 2.27%

- GGF - 1.77%

- LFS Advisory GmbH - 1.27%

- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58%