11 sığorta şirkətinin yığımları azalıb, 10-da artıb - DİNAMİKA

  • 8 May, 2019 15:30
11 sığorta şirkətinin yığımları azalıb, 10-da artıb - DİNAMİKA

"Finans.az" 2019-cu il yanvar-mart ayı üzrə sığorta şirkətlərinin topladıqları sığorta haqlarının illik dinamikasını təqdim edir:

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 46.2 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

İllik müqayisədə 10 sığorta şirkətinin yığımlarında artım qeydə alınsa da, 11 sığorta şirkətinin yığımlarında azalma müşahidə olunub. Yığımlarında ən çox artım "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti", “Xalq Sığorta” və “Amrah Sığorta”da qeydə alınıb.

Sığorta şirkəti Sığorta Haqları 2019
(manat)
Dinamika
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 31.689.575 588%
“Xalq Sığorta” 5.698.897 348%
“Amrah Sığorta” 90.548 193%
“Rəvan Sığorta” 557.416 110%
“Qala Sığorta” 5.626.014 52%
“AtaSığorta” 5.374.539 27%
"Naxçıvansığorta" 79.446 26%
“Atəşgah” Sığorta 10.528.692 25%
“Standard Insurance” 1.892.742 16%
“İpək Yolu Sığorta” 6.836.472 4%
“Paşa Sığorta” 64.468.552 -2%
“A-Qroup Sığorta Şirkəti” 1.736.957 -5%
“Bakı Sığorta” 175.337 -7%
“Meqa Sığorta” 8.624.254 -15%
“AZSIĞORTA” 3.099.908 -19%
“Qala Həyat” Sığorta 2.579.328 -19%
“Atəşgah Həyat” Sığorta 9.285.620 -28%
“Paşa Həyat Sığorta” 39.673.037 -29%
“Azərbaycan Sənaye Sığorta” 1.464.401 -32%
“Günay Sığorta” 730.200 -49%
“AXA MBASK” 962.126 -82%