1 milyon manat zərərdə olan büdcə təşkilatı 50 min manatlıq avtomobil alıb

  • 29 İyul, 2019 10:28
1 milyon manat zərərdə olan büdcə təşkilatı 50 min manatlıq avtomobil alıb

“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” bir ədəd biznes sinfinə aid “Hyundai Sonata” avtomobili satın alıb.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, müvafiq satınalma müqaviləsi "Auto Azərbaycan" MMC ilə imzalanıb. Şirkətin rəsmi internet səhifəsində “Hyundai Sonata” avtomobillərinin satış qiyməti 47 900 manatdan başlayır.

Xatırladaq ki, agentlik bir ədəd "Toyota Camry", "Toyota Corolla" və “Volkswagen Passat” markalı avtomobillərin 5 aylıq kirayəsinə 25 332 manat xərcləyib.

Qeyd edək ki, Dövlət tənzimləməsini həyata keçirən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin zərəri 1 ildə 1573 dəfə artaraq 2018-ci ilin sonuna 987 734 manat olmuşdu.

Daha ətraflı: Enerji Məsələlərini Tənzimləmə Agentliyinin maliyyə vəziyyəti