1 il ərzində 12 sığorta şirkəti ödənişlərini azaldıb - DİNAMİKA

  • 10 İyun, 2019 17:26
1 il ərzində 12 sığorta şirkəti ödənişlərini azaldıb - DİNAMİKA

"Finans.az" 2019-cu il yanvar-aprel ayları üzrə sığorta şirkətlərinin etdikləri sığorta ödənişlərinin illik dinamikasını təqdim edir:

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265,3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66,7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

İllik müqayisədə 9 sığorta şirkətinin ödənişlərində artım qeydə alınıb, 12 sığorta şirkətinin ödənişlərində də azalma müşahidə olunub. Ödənişlərində ən çox artım “Amrah Sığorta”, “Xalq Sığorta” və “Qala Sığorta”da qeydə alınıb.

Sığorta şirkəti Sığorta Ödənişləri 2019
(manat)
İllik dinamika
“Amrah Sığorta” 62.023 250%
“Xalq Sığorta” 3.047.335 204%
“Qala Sığorta” 788.991 127%
“AtaSığorta” 4.934.240 96%
“A-Qroup Sığorta Şirkəti” 2.720.630 21%
“Standard Insurance” 1.228.538 13%
“Meqa Sığorta” 951.150 7%
“Rəvan Sığorta” 115.066 5%
“Atəşgah” Sığorta 6.426.679 1%
“Paşa Həyat Sığorta” 17.619.540 -2%
“AXA MBASK” Sığorta 2.766.977 -13%
“Azərbaycan Sənaye Sığorta” 563.605 -13%
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 4.279.204 -15%
“Paşa Sığorta” 14.675.890 -20%
“Günay Sığorta” 699.077 -30%
“AZSIĞORTA” 1.613.736 -47%
“Atəşgah Həyat” Sığorta 3.257.760 -58%
“Bakı Sığorta” 40.264 -62%
"Naxçıvansığorta" 900 -69%
“İpək Yolu Sığorta” 52.690 -87%
“Qala Həyat” Sığorta 806.893 -87%