1 aya Türkiyədə əmlak alan azərbaycanlıların sayı açıqlandı

  • 18 İyun, 2019 13:05
1 aya Türkiyədə əmlak alan azərbaycanlıların sayı açıqlandı

Bu ilin may ayında Azərbaycanın 90 vətəndaşı Türkiyədə əmlaka sahib olub.

“Finans.az” xəbər verir ki, bu, ötən ilin may ayı ilə müqayisədə 15 mənzil və yaxud 20% çoxdur.

2019-cu ilin yanvar-may aylarında isə Azərbaycanın 464 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 132mənzil və yaxud 39,7% çoxdur.

Ümumilikdə may ayında 3 967 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da illik müqayisədə 1 534 vahid və yaxud 63% çoxdur.

Yanvar-may aylarında isə Türkiyədə 17 452 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da illik müqayisədə 7 593 vahid və yaxud 77% çoxdur.

Türkiyədə ən çox mənzil alan xariciıər İraq vətəndaşlarıdır. İraqlılar mayda Türkiyədən 594, bu ilin ilk 5 ayında isə 2 908 mənzil əldə edib.

Siyahıda sonrakı yeri İran vətəndaşları tutur. Bu ölkədən olanlar mayda 504, yanvar-mayda isə 1 787 mənzil alıblar.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkənin sakinləri ötən ay Türkiyədə 285, 5 ayda isə 1 074mənzil əldə ediblər.


Mənbə: report.az