1 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 33 milyon dollardan çox artıb

  • 11 Fevral, 2019 15:10
1 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 33 milyon dollardan çox artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AMB-dən “Finans.az”a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2019-ci il yanvar ayının 31-nə 5 mlrd. 655,9 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 274,7 mln. dollar və ya 5,1% çoxdur.

Yanvar ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 33,4 mln. dollar və ya 0,59% artıb.