1,7 min Chrysler və Jeep geri çağrılır

  • 20 Avqust, 2019 17:45
1,7 min Chrysler və Jeep geri çağrılır

Rusiyada 1 725 Chrysler Pacifica, Jeep Grand Cherokee, Compass, Cherokee və Wrangler avtomobilləri geri çağrılır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir 2017-ci ilin iyul ayından 2018-ci ilin aprel ayına kimi satılan avtomobillər şamil edilir və təcili çağırışların idarə olunma blokunun proqram təminatındakı problemlərlə əlaqədardır.